Cəmiyyət

Niyam Salaminin Sumqayıtdakı restoranı cərimələndi


Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları toy mərasimlərində karantin qaydalarına riayət edilməsi məqsədilə yoxlamaları davam etdirir.
APA-nın məlumatına görə, şəhərin Sahil küçəsində yerləşən restoranlarda monitorinqlər keçirilib.
Yoxlamalar zamanı “By Niyam Salami” restoranında keçirilən toy məclisində karantin rejimi qaydalarına əməl olunmadığı və şənlik məclisi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin icarədarı Sumqayıt şəhər sakini Cəfərov Əli Qurban oğlu inzibati məsuliyyətə cəlb olunub. O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, obyektin digər icarədarı Masallı rayonunda qeydiyyatda olan müğənni Niyaməddin Səfərovdur. (Niyam Salami)
Bir müddət öncə Niyam Salami Sumqayıt şəhərində icarəyə götürdüyü "Salam-İ" restoranında karantin qaydalarını pozduğuna görə 5000 manat cərimələnmişdi.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR