Manşet / Cəmiyyət

Sumqayıtda maarifləndirmə tədbirləri həyata keçirilir


Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin, eyni zamanda Polis İdarəsinin təşkilatçılığı ilə müxtəlif sahələri təmsil edən könüllü gənclərdən ibarət mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.
AZƏRTAC-ın məlumatına görə, təşkil edilən qruplar vasitəsilə şəhərin mərkəzi küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, maskalardan istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılır, mövcud pandemiya qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılır. Sakinlərlə fərdi-profilaktik söhbətlər aparılıb, pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib, maarifləndirici xarakterli təlimat vərəqləri paylanılıb.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR