Cəmiyyət

Sumqayıtın dəniz sahilində qanunsuz ov edənlər saxlanıldı


Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Xəzər dənizi sahilində, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Əkbər Sadıqov, Qazax rayon sakinləri Aydın Mehdiyev və Namiq Zeynalov olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
Zaqatala rayonunun Car kəndi yaxınlığında ova cəhd edən kənd sakini Elçin Şabanov da saxlanılaraq cərimələnib.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR