İqtisadiyyat

Technol Qazaxıstanda beynəlxalq sərgidə iştirak edib


Technol şirkəti 24-26 iyun tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən beynəlxalq Avtomexanika sərgisində uğurla iştirak edib. Avtomobil ehtiyat hissələri, avadanlıq və texniki xidmət məhsullarının istehsalçı və təchizatçılarının qatıldığı sərgidə Technol şirkəti istehsalını həyata keçirdiyi geniş məhsul çeşidini nümayiş etdirib.
Şirkətin məhsulları istehsal, topdan və pərakəndə ticarət sahəsini təmsil edən bir çox sərgi ziyarətçisinin marağına səbəb olub. Şirkətin nümayəndə heyəti beynəlxalq əməkdaşlıqların qurulması, xarici bazarlara ixrac imkanlarının dəyərləndirilməsi məqsədilə sərgi iştirakçıları ilə danışıqlar aparıb, onlara Technol markası, zavodun istehsal gücü, tərəfdaş olduğu xammal təchizatçıları, istehsal etdiyi məhsullar, istehsalda tətbiq olunan texnologiya, zavodun beynəlxalq səviyyədə qurulmuş laboratoriyası və ixrac imkanları haqqında geniş məlumat veriblər.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR