Manşet / İqtisadiyyat

Technol satış coğrafiyasını genişləndirir


Sumqayıt şəhərində yerləşən Technol şirkəti Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısıdır. Şirkətin istehsal etdiyi məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, 10-a yaxın ölkəyə ixrac olunur.
İllik 50 min ton istehsal gücünə malik Technol zavodunda istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. ABŞ, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir cihazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş müasir laboratoriyaya malikdir.
Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin tələbləri əsasında sınaqdan keçirilir. Şirkət, istehsal etdiyi bəzi mühərrik yağ çeşidləri üzrə Mercedes-Benz və Cummins şirkətlərinin təsdiqlərini əldə edib, Amerika Neft İnsitutunun müvafiq sertifikatı ilə təltif olunub.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR