Hadisə

Sumqayıtdakı qətlin təfərrüatı


İyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR