Manşet / İqtisadiyyat

“SOCAR Polymer”-in ixracı artır


Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-də bu ilin ilk 6 ayı ərzində 184 milyon manat dəyərində yüksək sıxlıqlı polietilen və polipropilen satışı həyata keçirilib ki, bunun da 163 milyon manatlıq hissəsi (ötən ilin eyni dövrü ilə müqayisədə 69% dən çox) ixrac olunub.
Bu göstəricilərə görə “SOCAR Polymer” MMC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan “İxrac İcmalı” jurnalının 2021-ci ilin iyun ayı üzrə qeyri-neft sektoruna dair ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinqində birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, “SOCAR Polymer” MMC-də indiyədək 542 milyon manat dəyərində məhsul istehsal edilib. Bunun 482 milyon manatlıq hissəsi və ya 89%-i ixrac edilib.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR