Elan

SOCAR-da ödənişli təcrübə


SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərə neft və qaz sənayesində insan resurslarının idarə edilməsi sahəsi üzrə istehsalat təcrübəsi keçmək imkanı yaradır.
Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda 3 ay təcrübə müddəti olmaqla təşkil ediləcəkdir. SOCAR-ın strukturuna daxil olan qurumlarda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 250 AZN (vergilər daxil olmaqla) məbləğində ödəniş nəzərdə tutulur. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin müsahibə yolu ilə Kadr Ehtiyatı Bazasına daxil edilməsi və kadr tələbatına uyğun olaraq müvafiq vakant yerlər yaranarsa işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulub.
Təcrübəyə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində (Bakı Ali Neft Məktəbi istisna olmaqla) magistratura pilləsində təhsil alan tələbələr, həmçinin magistratura pilləsində təhsilini başa vurmuş məzunlar müraciət edə bilərlər.
Gənclərin ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:
  • Azərbaycan Respublikasının vətəndaşı olan;
  • Tələb olunan bakalavr ixtisasları* üzrə təhsilini bitirmiş və tələb olunan ixtisaslaşma** üzrə magistratura pilləsində təhsilini davam edən tələbələr və ya son 3 tədris ilində bitirmiş məzunlar proqramda iştirak edə bilərlər;
  • Bakalavr və magistr ixtisaslarının hər ikisi üzrə tələblərə cavab verən iddiaçılar növbəti mərhələyə buraxılacaqlar.
Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:
  • I mərhələ - Müsabiqəyə müraciət edənlərin ixtisas, məntiqi təfəkkür, kompüter bilikləri və SOCAR və Azərbaycan haqqında biliklərinin yoxlanılması məqsədilə test imtahanı;
  • II mərhələ - müvafiq keçid balını toplayanlar üçün müsahibələr.
Gənclərin istehsalat təcrübəsi proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı keçid üzrə elektron müraciət etməlidirlər.
“SOCAR-da Ödənişli İstehsalat Təcrübə Proqramı” ilə əlaqədar əlavə suallarınız olarsa [email protected] ünvanına göndərə və ya 0125213405 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.
* Tələb olunan bakalavr ixtisasları:
Biznesin idarə edilməsi
Davamlı inkişafın idarə edilməsi
Menecment
Sənayenin təşkili və idarə olunması
Hüquqşünaslıq
Psixologiya
Sosiologiya

** Tələb olunan magistr ixtisaslaşmaları:

Heyətin idarə edilməsi

Strateji idarəetmə

İnnovasiyaların və layihələrin idarə olunması

Menecment (sahələr üzrə)

İqtisadiyyatın hüquqi tənzimlənməsi

Əməyin iqtisadiyyatı

Biznesin təşkili və idarə edilməsi

Biznes inzibatçılığı

Davamlı inkişafda insan potensialı

Davamlı inkişafın planlaşdırılması

Davamlı insan inkişafı

Layihənin idarə olunması

Müəssisənin iqtisadiyyatı

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)

Əmək hüququ: sosial təminat hüququ

Mülki və təsərrüfat hüququ

İnkişaf psixologiyası

İdarəetmənin sosiologiyası





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR