Cəmiyyət

Sumqayıtlı qız ABŞ çempionu olub


Azərbaycanlı cüdoçu Nuridə Əzəmətli Florida ştatının Orlando şəhərində keçirilən 32-ci ABŞ Açıq Cüdo Çempionatının qalibi olub.
"Report"un məlumatına görə, 34 kq çəki dərəcəsində mübarizə aparan 10 yaşlı idmançı bütün rəqiblərinə qalib gələrək, çempion olub.
Nuridə Əzəmətli ABŞ-da anadan olmasına baxmayaraq, atası Azərbaycan vətəndaşıdır. O, Sumqayıt şəhərində dünyaya gəlib və orta təhsilini burada tamamlayıb.
ABŞ-da bu il 32-cisi keçirilən Açıq Cüdo Çempionatı beynəlxalq yarış hesab olunur və bura dünyanın bütün ölkələrindən peşəkar idmançılar qatılır. Daha əvvəl digər azərbaycanlı cüdoçu Zaur Cəlil (73 kq) sözügedən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR