Cəmiyyət

Sumqayıtda zibil problemi: FOTO


Sumqayıt şəhərində məişət tullantılarının yandırıldığı barədə məlumat vermişdik. Bu gün isə şəhərin küçələrində yararsız vəziyyətdə olan zibil qutuları və dolub-daşan məişət tullantıları gündəmdədir. 
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı paylaşımlar sosial şəbəkədə yayılıb. Belə ki, Sumqayıtda bir çox küçələrdə məişət tullantıları zamanında təmizlənmədiyi üçün qalaqlanır. Bu isə virus mənbəyi deməkdir.
Qeyd edək ki, mövcud vəziyyətin yaranmasına aidiyyəti qurumların laqeyd münasibəti ilə yanaşı ərazidə yaşayan vətəndaşların da məsuliyyətsizliyi zəmin yaradır. Təəssüf ki, əksər hallarda məişət tullantıları müvafiq qaydada çeşidlənmiş zibil qutularına deyil, ətrafa atılır.
(Sumqayıt şəhəri, əsas küçələrdən biri)
(Sumqayıt şəhər, 17-ci mikrorayon)





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR