Cəmiyyət

Avqustun 6-da gözlənilən hava


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-27°, gündüz 34-39° (bəzi yerlərdə 40°), atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %, gündüz 25-30 % olacaq.
Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba çimərliklərində dəniz suyunun temperaturu 26-27°, Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində 27-28° olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Gecə 21-26°, gündüz 36-41°, bəzi yerlərdə 42°, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacaq.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR