Cəmiyyət

Sumqayıtda sudan qanunsuz istifadə edənlər aşkarlandı


Su itkilərinin və israfçılığın  qarşısının alınması məqsədilə “Azərsu” ASC tərəfindən nəzarət tədbirləri davam etdirilir. Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
Belə ki, vətəndaşlar və sahibkarlar tərəfindən su təchizatı sistemlərinə qeyri-qanuni müdaxilə olunduğu və sudan qanunsuz istifadə edildiyi aşkar edilib. Aparılan yoxlamalar zamanı məlum olub ki, Bakı-Sumqayıt avtomobil magistralının kənarında yerləşən “Qu Gölü” restoranında su sayğacı olsa da su təchizatı sayğacdankənar xətt vasitəsilə aparılıb. “Məhəllə” adlanın kafedə də sudan uçotsuz istifadə halı üzə çıxıb. Su təchizatı sistemlərinə qoşulmaq üçün texniki şərti olmayan kafenin sahibi yaxınlıqdakı şəbəkədən özbaşına birləşmə edib.
Sumqayıt şəhərinin ətraf qəsəbə və yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz və sayğacdankənar istifadə etdiyi məlum olub. Hətta elə abonentlər var ki, unikal üsullardan istifadə edərək, gizli yollarla ev və həyətyanı sahələrə qanunsuz su xəttləri çəkib.
Aşkarlanan faktlar üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq, ödənişə yönəldilib. Vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb.
“Azərsu” ASC vətəndaşları bu cür əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək.
2021-ci ilin 6 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı Sumqayıt şəhəri üzrə 954 fakt aşkarlanıb, bu hallar üzrə 265 min kubmetr həcmində sərfiyyat bərpa olunub.







Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR