Cəmiyyət

Qəbul imtahanında Qubadlı rayonu üzrə ən yüksək nəticə


Dövlət İmtahan Mərkəzi tərəfindən 2-ci və 3-cü ixtisas qrupları üzrə keçirilən ali məktəblərə qəbul imtahanlarında C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunu Qasımova Röya Anar qızı Qubadlı rayonu üzrə ən yüksək nəticəni göstərib.
Qubadlı Rayon Təhsil şöbəsindən AZƏRTAC-a bildirilib ki, Röya buraxılış və 2-ci ixtisas qrupu üzrə qəbul imtahanlarından ümumilikdə 683,3 bal toplayaraq yüksək nəticə əldə edib. Məcburi köçkün kimi Sumqayıta pənah gətirən Röyanın ailəsi ikiqat sevinc içərisində olduqlarını bildirib. “Sevinirik ki, qızımız ali məktəbdə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimiz tərəfindən azad edilmiş Qubadlı rayonunun məzunu kimi oxuyacaq”, - deyə onlar ölkə Prezidentinə yaradılan şəraitə görə minnətdarlığını bildiriblər.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR