Cəmiyyət

Avqustun 7-də gözlənilən hava


Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-27°, gündüz 35-39°, Bakıda gecə 25-27°, gündüz 37-39° olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət 60-65 %, gündüz 25-30 % olacaq.
Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.
Dəniz suyuynun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba çimərliklərində 26-27°, Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində 27-28° olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.
Gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 16-21°, gündüz 28-33° isti olacaq.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR