Cəmiyyət

Aşura hadisəsinə bir baxış


Azərbaycan tarixən çoxmillətli və konfessiyalı ölkə olmasına baxmayaraq, əhalinin çox hissəsi müsəlmanlardan ibarətdir: “Xalqımızın da milli-mənəvi dəyərlər sistemində islam dininin xüsusi yeri vardır. İslam dininin əsasını mənəviyyat, insani keyfiyyətlər, iman, yaxşı əməllər, insanların bir-birinə qarşı dürüst olması və bir-birinin haqqını danmaması təşkil edir. Həmçinin İslami dəyərlərin mənəvi dəyərlərimizlə birlikdə dövlətimiz tərəfindən təbliği proritet sahələrindən biri olub. Xalqımız tarixən hər zaman mərhəməti, humanistliyi, insansevərliyi və digər nüanslarda seçilmişdir. Bütün bunlar bizlərə Allahın buyruqlarıdır. Ölkəmizdə hər zaman İslam tarixində olan müqəddəs günlər: mövlud günləri, şəhadət günləri və bayramlar xüsusi ilə qeyd olunmuşdur. Bu gün qeyd olunan bu tarixi günlərdən biri də Hicri təqvimi ilə Məhərrəm ayının 10-cu günü-Aşura günüdür. Bu günün əhəmiyyəti həm xalqımız üçün, həm də dünya müsəlmanları üçün çox böyükdür. Bu gün İslam dininin təhrif olunmasının qarşısının alındığı, insanlara həqiqi İslam dinindən uzaqlaşdırmağa çalışanlara qarşı duran İmam Hüseyn (ə), onun ailə üzvlərinin və tərəfdarlarının şəhadətə ucaldığı gündür. Aşura günü hər bir müsəlman İmam Hüseynlə (ə) yanaşı həmçinin dini uğrunda, əqidəsi uğrunda, haqq uğrunda savaşaraq şəhadətlik zirvəsinə ucalan qardaş və bacılarımızı yad edir. Xatırlayırsınızsa, Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Təzə Pir məscidində məhz Aşura məclisində iştirak etmiş və orada öz çıxışı ilə yaddaşlarda qalmışdır. Dövlətimiz hər zaman müsəlmanlara və dini konfessiya nümayəndələrinə qarşı böyük diqqət və qayğı ilə çıxış etmişdir. Aşura günü hadisəsi həm də xalqımız üçün ona görə əhəmiyyətlidir ki, şücayət və fədakarlıq, haqq uğrunda mübarizə kimi yaddaşlarımıza həkk olunmuşdur. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Gənclərimiz haqq uğrunda, öz Vətəni uğrunda, əqidələri uğrunda, torpaqlarımızın geri alınması uğrunda savaşa qalxdılar və böyük bir qələbə qazandılar".
Elvin Talışınski
“Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması 
ictimai birliyinin sədri





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR