Manşet / İqtisadiyyat

STP tibb müəssisələrini oksigen qazı ilə təmin edir


Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “STP” MMC-nin törəmə şirkətinə məxsus Texniki qazlar zavodu virusa yoluxan və ağciyərlərin süni ventilyasiya aparatına qoşulmuş xəstələrin oksigen qazı ilə təmin edilməsində mühüm rol oynayırlar. Belə ki, Texniki qazlar zavodu Pandemiya dövründə respublikanın bir çox şəhər və rayon xəstəxanalarının oksigen qazı ilə təminatını həyata keçirib.
Zavod tərəfindən ötən il pandemiya ilə əlaqədar xəstəxanalara 352384,3 m3 (təxminən 56 min ədəd balon), cari ilin sentyabr ayınadək isə 439993,4 m3 (təxminən 70 min ədəd balon) oksigen qazı göndərilib.
Bundan başqa, son zamanlarda Gürcüstana 26 ton maye oksigen yardımı həyata keçirilib.
“STP” MMC 2017-ci ilin noyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 2021-ci ilin I yarısında şirkət tərəfindən 37,3 milyon manatlıq satış həyata keçirilib və bunun 5,7 milyon manatlıq hissəsi, yəni 15%-i ixrac edilib.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR