Elan

SOCAR-da Ödənişli İstehsalat Təcrübə Proqramı - ŞƏRTLƏR


SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərə neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanı yaradır.
Ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun olaraq 2 ay təcrübə müddəti olmaqla təşkil ediləcəkdir. SOCAR-ın strukturuna daxil olan qurumlarda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 250 AZN (vergilər daxil olmaqla) məbləğində ödəniş nəzərdə tutulur. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin müsahibə yolu ilə Kadr Ehtiyatı Bazasına daxil edilməsi və kadr tələbatına uyğun olaraq müvafiq vakant yerlər yaranarsa KEB-də olan namizədlərin işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulur.
Təcrübəyə aşağıdakı ixtisaslar üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini bitirmiş məzunlar müraciət edə bilərlər. (İxtisasların siyahısı illik kadr tələbatına uyğun olaraq formalaşdırılır və tələbatdan asılı olaraq, dəyişdirilə bilər)
Ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;
  • Tələb olunan ixtisaslar üzrə bakalavr pilləsində təhsilini bitirmiş məzunlar, həmçinin magistratura pilləsində təhsilini davam edən tələbələr iştirak edə bilərlər.
Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:
  • I mərhələ - Müsabiqəyə müraciət edənlərin ixtisas, məntiqi təfəkkür, kompüter bilikləri, SOCAR və Azərbaycan haqqında biliklərinin yoxlanılması məqsədilə test imtahanı;
  • II mərhələ - İxtisas qrupları üzrə müvafiq keçid balını toplayanlar üçün müsahibələr.
Gənclərin istehsalat təcrübəsi proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı keçidlər üzrə elektron müraciət etməlidirlər.
“İxtisas qrupları (Sumqayıt şəhəri)” üzrə müraciət edənlər təcrübə prosesini Sumqayıt şəhərində keçəcəklər.
“SOCAR-da Ödənişli İstehsalat Təcrübə Proqramı” ilə əlaqədar əlavə suallarınız olarsa [email protected] ünvanına göndərə və ya 0125213405 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.
İxtisas sahələri:
- İnşaat/Təmir-tikinti (Sumqayıt)
- NÖC və Avtomatika (Sumqayıt)
- Mexanika (Sumqayıt)
- Energetika (Sumqayıt)
- Kimya Texnologiya (Sumqayıt)
Ətraflı məlumat və müraciət: careers.socar.az/internshiplist
Müraciət üçün son tarix: 21.09.2021





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR