Hadisə

“Hiper” marketin müdirinə cinayət işi açıldı


Müştəriləri tibbi maska taxmadan mağazaya buraxan market müdiri barəsində cinayət işi açılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.
Şəhərdə yerləşən “Hiper” marketin müdiri Mirpaşa Səfərəliyevin müştərilərin maska taxmamasına göz yumduğu müəyyənləşdirilib.
Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Bu maddə ilə iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR