Hadisə

Qohumlarını qonaq çağırdı, evlərini yardı


Sumqayıt şəhərində evlərdən oğurluq edən şəxs saxlanılıb.
Azvision.az-ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının zərərçəkənlərin müraciətləri əsasında həyata keçirdikləri əməliyyat nəticəsində şəhər sakini Nərminə Məmmədova saxlanılaraq istintaqa təqdim olunub.
Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi müəyyən edilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurlayıb.
Nərminə Məmmədova oğurluq etməzdən əvvəl həmin məzillərin açarlarını əldə edərək surətlərini çıxarıb. Daha sonra ev sahibləri orada olmadığı müddətdə mənzillərdən oğurluqlar edib. Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə N.Məmmədova vacib bir iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin mənzildən oğurluq edib. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqları etiraf edib.
Faktlarla bağlı cinayət işi başlanılıb.
Bu şəxsin digər cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR