Manşet / Cəmiyyət

Avtobuslar kart sisteminə keçir


Sumqayıtda ictimai nəqliyyat vasitələri kart sisteminə keçir.
Oxu.Az xəbər verir ki, kart sisteminə keçilməsi üçün proses pandemiyadan əvvəl başlanıb.
Sentyabrın 28-dən etibarən Sumqayıtda şəhər daxilində hərəkət edən bütün sərnişin avtobuslarında ödəniş qaydası kart sisteminə keçiriləcək.
Qeyd edək ki, buna qədər yalnız Ceyranbatan - Sumqayıt marşrut xətti üzrə hərəkət edən 9 nömrəli avtobuslarda kart sistemi tətbiq edilirdi.
Kartların qiyməti 2 AZN təşkil edəcək.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Oxu.Az-a açıqlamasında bildirib ki, yeni alınan 206 sərnişin avtobusunun hər birində artıq validatorlar quraşdırılıb və sınaqdan keçirilib:
“Ayın 28-dən xəttə buraxılan yeni sərnişin avtobuslarının hər birində sərnişinlər gediş haqqlarını kart sistemi vasitəsilə edəcək”.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR