Hadisə

Sumqayıtda yol qəzası - 6 yaralı


Sumqayıtda yol qəzası baş verib.
Xeberle.com-un məlumatına görə, hadisə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsinə gedən avtomagistralda qeydə alınıb. SOCAR-a məxsus 99 JZ 227 dövlət nömrə nişanlı, "İsuzu" markalı kran hərəkətdə olan 90 RA 635 dövlət nömrə nişanlı, "Opel Zafira" markalı minik avtomobilini arxadan vurub.
Qəza nəticəsində minik avtomobilində olan 6 nəfər Sumqayıt sakini - 1996-cı il təvəllüdlü Ağasıyev Çingiz Masum oğlu, 1996-cı il təvəllüdlü Hüseynova Nailə Nəzər qızı, 1984-cü təvəllüdlü Abdulsalamova Xəyalə Nazim qızı, 1982-ci il təvəllüdlü Yaqubov Zöhrab Novruzəli oğlu, 1957-ci il təvəllüdlü Əliməmmədov Masum Ağalı oğlu və Günəşli Sara Rafiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR