Sumqayıtda hava

Maraqlı

Paytaxtdan Sumqayıta yerüstü metro xətti

Paytaxtdan Sumqayıta yerüstü metro xətti


Bakı ilə Sumqayıt arasında avtomobil sıxlığını aradan qaldırmaq, habelə şəhərin şimal qapısında tıxaclara son qoymaq üçün dəmir yolu nəqliyyatına ehtiyac duyulur. Bakıdan Xırdalana elektrik qatarı xəttinin çəkilməsi ilə yanaşı, eyni zamanda, metro xətinin Sumqayıtadək uzadılması məqsədəuyğun olardı. Bu istiqamətdə yerüstü metro xəttinin çəkilməsi imkanları nəzərdən keçirilə bilər.
AMEA-nın İqtisadiyyat İnstitutunun xidmət sahələrinin inkişaf problemləri şöbəsinin müdiri, mühəndis-iqtisadçı Aqil Əsədov bildirib ki, Beynəlxalq Avtovağzal-Xırdalan-Sumqayıt xətti üzrə yerüstü metro nəqliyyatı tıxacların aradan qaldırılmasına, sərnişin sıxlığının azaldılmasına müsbət təsir göstərərdi. “Düzdür, bu layihə böyük maliyyə vəsaiti tələb edir. Ancaq paytaxtın gündən-günə inkişaf etməsi və şəhərə avtomobil axınının artması bu məsələni aktuallaşdırır. Nəzərə almaq lazımdır ki, qatarlarla sürətli və intensiv daşımaların təşkili şəxsi minik avtomobillərindən daha az istifadə olunmasına gətirib çıxaracaq.

(AzərTAc)





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR