Manşet / İqtisadiyyat

Sumqayıtda üyüdülmüş kalsit zavodu inşa olunacaq


Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, sənaye parkına investorların cəlb olunması işləri davam etdirilir.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu işlərin davamı olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azeka BM” MMC qeydiyyata alınıb.
“Azeka BM” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində Çin və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə boya sənayesində və məişətdə istifadə olunan bir çox məhsulların istehsalı zamanı xammal olaraq kimi istifadə edilən üyüdülmüş kalsit (kalsium karbonat) istehsal edəcək zavod inşa olunacaq. Layihənin investisiya dəyəri təqribən 7 mln. manatdır.
İllik istehsal gücü 36 min ton təşkil edəcək müəssisədə 40 daimi iş yeri yaradılacaq.
Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR