Hadisə

Sumqayıtda qonşuya verilən azyaşlının valideynləri tapıldı


Bir neçə gün öncə Sumqayıt şəhərində 2 yaşlı uşağın valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verildiyi barədə məlumatlar yayılıb. Bildirilib ki, sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib. Məsələ ilə Ailə Qadın və Uşaq Problemləri üzrə bağlı Dövlət Komitəsi digər aidiyyəti qurumlarla birlikdə araşdırma aparıb.
APA-nın məlumatına görə, azyaşlının atası övladına sahib çıxmaq üçün onun yerləşdirildiyi sığınacağa müraciət edib və bundan sonra o, Dövlət Komitəsinə yönləndirilib. Valideynin izahatı alınıb və onunla psixoloji söhbət aparılıb. O, övladına sahib çıxmaq niyyətində olduğunu bildirib və bir daha oxşar hadisənin baş verməyəcəyinə təminat verib.
Komitənin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən atanın ailə vəziyyəti ilə bağlı araşdırmaların aparılmasına başlanılıb. Araşdırmaların nəticəsinə uyğun olaraq azyaşlının atasına təhvil verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək. Ailə Dövlət Komitəsinin nəzarətində olacaq.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR