Elan

SOCAR-da müsabiqə: Peşə təhsili almaq istəyənlərin nəzərinə


TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi, Kadr hazırlığının təşkili Mərkəzi, Qala Təlim Tədris Mərkəzi və Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə aşağıdakı şərtlərə cavab verən gənclər iştirak edə bilərlər:
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • 01.12.2021-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
  • Orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ya ən azı tam orta təhsili olmalı (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər).
  • Hərbi bileti olmalı (“Atıcı” peşəsi üzrə müraciət edənlər həqiqi hərbi xidmət keçmiş olmalı, digər peşələr üzrə həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq).
Qeyd 1: Tədrisi STTM-də təşkil olunan peşələr üzrə Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olanların (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər) müraciətlərinə üstünlük veriləcəkdir.
Qeyd 2: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaqdır.
Qeyd 3: Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş amma üzrsüz səbəbdən oxumaqdan imtina etmiş namizədlər müraciət edə bilməzlər.
Qeyd 4: Orta ixtisas və ilk peşə təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.
Müraciətlər elektron formada qəbul olunur.
Ətraflı məlumat və müraciət üçün https://new.socar.az/khtm/index-khtm.html keçidinə daxil ola bilərsiniz.
Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza bilərlər
Müraciət üçün son tarix: 22 oktyabr 2021, 17:00





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR