Hadisə

Sumqayıtda idmançını qətlə yetirən ata və oğula AĞIR CƏZA


Sumqayıt sakininin qətlində təqsirləndirilən Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hadisə 2018-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava düşüb.
Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada keçinib. Hadisəni törətməkdə şübhəli bilinən ata-oğul saxlanılıb. Hadisənin söyüş üstündə olduğu bildirilir.
Qətlə yetirilən Rasif Həbibov idmançı olub.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR