Redaktorun Seçimi / Elan

"Lobbiçilik nədir" təlimi keçiriləcək

"Lobbiçilik nədir" təlimi keçiriləcək


Əziz gənclər, ATGTİ-nin nəzdində fəaliyyət göstərən Diplomatiya İşçi Qrupu sizləri "Lobbiçilik nədir?" adlı təlimə dəvət edir.

Müasir dövrdə lobbiçilik geniş yayılmış fəaliyyət sahəsidir. Bu gün dünyada baş verən bir çox siyasi, iqtisadi, hətta hərbi xarakterli hadisələr hansısa təşkilatların lobbiçilik fəaliyyəti ilə bağlıdır.

Təlimə qatılmaqla siz aşağıdakıları öyrənəcəksiz:
- Lobbiçilik nədir?
- Lobbiçilik ictimai fəaliyyət kimi
- Lobbiçiliyin formaları və texnologiyaları
- Yerli və beynəlxalq praktikada lobbiçiliyin rolu

Və lobbiçiliklə bağlı sizi maraqlandıran suallara cavab tapa biləcəksiniz.

Təlimçi: Yeganə Hacıyeva - Cənubi Qafqaz Liberal Şəbəkənin Azərbaycanlı həmsədri, Gənc Demokratlar İnstitutunun direktoru, Avropa Parlamentində məsləhətçi

Təlim 13 fevral 2015-ci il saat 16:00 da Azerbaijan Student Youth Organizations' Union-da ( 28 May küç. 9/13) keçiriləcək.

İştirak pulsuzdur və təlimdə iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər. Yerlər məhduddur. 30 nəfər təlimdə iştirak hüququ qazanacaq.

Qeydiyyat üçün (+99455) 8496824(whatsapp) nömrəsinə ad və soyadınızı yazmaq kifayətdir.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR