Cəmiyyət
"Anası mənimlə yatsın, uşağını müalicə etdirim"-ŞƏRH

Elşən Musayev
Media mənsubu olan dostlarımızdan biri xeyirxah təşəbbüsdə bulunub və rəhbəri olduğu sayt (AZXEBER.COM red.) vasitəsilə aksiya elanı verib: “Talassemiya xəstəsi olan balamızı xilas edək”… Ardınca da “facebook” səhifəsində paylaşım edib. Onlarla, yüzlərlə insan da şərh yazaraq öz mənəvi dəstəyini ifadə etməyə çalışıb.
Hərə bir formada, düşündüyü tərzdə, bacardığı şəkildə…
Elə bütün kritika da bu andan etibarən başlayıb. Və ya ortam qəfildən hamını şoka salacaq bir mənzərəyə hakim kəsilib. Daha dəqiq desəm: Anar Rəsulov adlı şərhçi öz lütfünü təklif etməklə bərabər bu lütfün kompensasiyasını da istəyib: “ Nə qədər lazımdırsa pul verərəm, amma uşağın anası bir gecəlik mənimlə yatsın…”
Səhifəyə uşağın rəsmi qoyulub. Ay parçasıdır. Gözləri həyat eşqi ilə yanır. İçində nələrin sızladığından isə xəbərsizik. Hər mənada. Hər anlamda! Fəqət , ümid var. Bir saman çöpündən yapışılacaq, dar nəfəslikdən dünyaya baxılacaq qədər də olsa var…
Yetər ki, hamı o gözlərə çox yox bircə dəfə evindəki körpəsinin gözləri kimi baxsın.
Yetər ki, övladımızın adi qripi, qızdırması varkən gecələr yatmadığımızı, səhərə qədər keşik çəkdiyimizi xatıarlayıb, bir də o ananın, o atanın Allah bilir bədbəxtliyin hansı qatında qərarlaşan iztirabını təsvir edə bilək…
Yetər ki, bir tiripaşlıq naminə kiminsə ad gününə, toyuna “saldığımız” yekə-yekə pulların, hər il kimsədən geri qalmamaq xətrinə düzənlədiyimiz Antaliya keyfinin, Şahdağ adrenalininin, pal-paltar xərcinin, qonşuya-qohuma acıq vermək üçün taxılan cüt-cüt briliantların 1-cə faizini bu çiçək gözlü balamıza xərcləyə bilək…
Yetər ki, içimizdəki şeytana güc gələ bilək…
Çox ağır xəstə uşaq görərkən tələsik evinizə qaçıb qızınızı, oğlunuzu bərk-bərk gucaqladığınız oldumu heç? Məndə oldu. Qucaqladım… Həm də dəfələrlə! Üstəgəl, Tanriya ünvanlanıb, min kəs, milyon kəs “bu günümüzə çox şükür”- deyib qucaqladım…
Amma bununla yetinməz ki…Hamının balası var. Bizlərin evdə isti yemək yeyən, rahat-rahat dərslərini edən, əyninə bərli-bəzəkli paltarlar geyinən, ayağı üşüməyən, normal qidalanan, sağlam olan balalarımızdan fərqli bir də… reanimasiya otaqlarında süni nəfəsə qoşulan, ən ağır xəstəlikləri üzərində gəzdirən, bu gündən sabaha ümidi olmayan “yavru”lar var…
Onları görməyincə, görməzdən keçincə, daha doğrusu bəsirət gözlərimiz onları görə biləcək qədər açılmayınca bu həyatda yaşam haqqı bizlərə halal deyil! Vallah ki, billah ki, halal deyil!
Dərddən böyük dərd var, əzizlərim!
Fəqət, övlad qarşısında gücsüz, çarəsiz qalmaqdan böyük dərd tanımıram mən!
Göz görə-görə öz qanından, öz canından olan birinin necə solduğunu, əridiyini, süzülüb getdiyini seyr etməkdən böyük dərd tanımıram mən…!
Ana deyib sarılan kiçicik barmaqların, ata deyib imdad diləyən köməksiz baxışların qarşısındakı acizlikdən böyük dərd tanımıram mən!
Şənbə günü hər biriniz gəlin. “Park Bulvar”a. Saat 10.00-dan ta axşam saatlarına qədər. İmkanınız, pulunuz yoxsa ürəyinizlə, dualarınızla gəlin. Amma gəlin. Lütfən gəlin. 8 yaşlı İlhamə balamızı qoruyaq. Ölməsin İlhamə. Allah xətrinə, hər şey edək ki, o ölməsin….
Son sözüm isə sənədir Anar Rəsulov!
– Bir gün anana, bacına, arvadına nəyinsə və ya kiminsə xilası üçün bir gecəlik yatmaq təklifi gəlsə heç təəccüblənib eləmə. Haqq etdin bunu. Əmin ol.. Allah enində-sonunda yaşadacaq sənə bu duyğuları… Bax o zaman İlhamənin anası ilə üzbəüz qalmanı, gözbəgöz qarşılaşmanı çox istərəm….
Bir gecəlik deyil, sadəcə bir saniyəlik…
azxeber.com
Bu bölmədə bənzər xəbərlər
- Ermənilərə ağır zərbə vurduq
- Uşaq oğurlamaqda günahlandırılan qadının məhkəməsi başlayıb
- Dünyanın ən böyük xaçı ermənistanı xilas edəcəkmi
- Erməni klubunda oynayan Azərbaycanlı: Hər iki xalqa hörmətim var
- 95 illik fasilədən sonra Qubada cümə namazı qılınıb
- Sumqayıt Dövlət Dram Teatrının aktyoru işsiz qalıb
- Sumqayıtda körpə uşağı oğurlayan qadına AĞIR CƏZA
- Sürücü yol polisinin qarşısında oynadı (VİDEO)
- Dekabr ayında hava necə olacaq
- Toyuq və toyuq məhsulları istehsal edən ilk müəssisə sertifikatlaşdırılmışdır
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Martın 26-da gözlənilən hava
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
- Sumqayıtda 40 yaşdan yuxarı təhsil işçiləri peyvənd olunur
- İstefaya göndərilən generala Sumqayıtda vəzifə verildi
Xəbər lenti
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır
- 10:31
Tahir Mirkişili şəhid zabitimizin ailəsini ziyarət edib
- 10:14
Sumqayıtda onlayn bilik yarışı keçirilib
- 10:03
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı
- 09:59
Sumqayıtda körpə xəstəxanada ölüb