Elan

“AXA MBASK” Sumqayıt filialına işçi axtarır (VAKANSİYA)

“AXA MBASK” Sumqayıt filialına işçi axtarır (VAKANSİYA)


“AXA MBASK” sığorta şirkəti Sumqayıt filialına “Satış üzrə mütəxəssis” vəzifəsinə işə qəbul elan edib.

"Yenisumqayit.az"ın Fins.az saytına istinadla verdiyi məlumata əsasən, namizədlər 22-35 yaşında, ali təhsilli olmalı, Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini orta səviyyədə bilməli, kompüterdə işləməyi bacarmalıdır.

Satış üzrə mütəxəssis və yaxud baş mütəxəssis kimi ən azı 1 il iş təcrübəsi tələb olunur. Sığorta sahəsində çalışmışlara üstünlük veriləcək.

Əsas vəzifə öhdəlikləri:
- Mövcud olan müştəri bazasının artırılması və satışı artırmaq üçün şirkət tərəfindən təklif olunan sığorta məhsul və xidmətlərin korporativ növlərini təşviq etmək;
- Mövcud olan korporativ müştərilərlə əlaqələri möhkəmləndirir və potensial müştərilərə korporativ məhsul və xidmətləri təklif etmək;
- Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyini təmin etmək üçün keyfiyyətli xidmət göstərmək;
- Mövcüd korporativ müştərilərlə əlaqələri dəstəkləmək, yaxşılaşdırmaq və potensial müştərilər arasında şirkətin məhsul və xidmətlərini irəlilətmək;
- Sığorta müqavilələrinin müştərilərə vaxtı-vaxtında vermək, müştəriləri sığortanın xırdalıqları və şərtləri barədə tam təlimatlandırmaq.

Əmək haqqı razılaşma yolu ilədir.
Maraqlananlar öz CV-lərini martın 13-nə qədər [email protected] poçt ünvanına göndərə bilərlər.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR