Dünya

Putin Bakını tutacaq (Forbes)

Putin Bakını tutacaq (Forbes)


Nüfuzlu "Forbes" nəşri içərisində Azərbaycanın da adı hallanan məqalə dərc edib.

“Obama və Merkel Putini anlaya bilmir” adlı məqalənin müəllifi Melik Keylendir.

Keylen qərbin Ukraynaya silah göndərib-göndərməməsi məsələsində dəqiq bir fikrə gəlmədiyini bildirir. Lakin müəllif dəqiq qərarın verilə bilməməsini normal hesab edir. Belə ki, Keylen qeyd edir ki, hətta Ukrayna ordusuna silah verilsə belə, onlar bundan istifadə edə bilməyəcəklər. Hətta ordu separatçıları vurub sıxışdırsa belə Rusiyanın uzaqdan artileriya köməyi separatçılara vaxtında çatacaq.

Keylenin fikrincə Ukraynaya kömək etməmək də faciəvi sonluğa gətirib çıxara bilər. Əhalisi heç də etnik rus olmayan Abxaziya və Cənubi Osetiyadan başqa, Krım, Donetsk indi isə Debaltsevonu misal gətirən müəllif Putin aqressiyasının qarşısının alınmasını vacib amil hesab edir.

“Əgər Putinin qarşısı alınmasa, bundan sonra Baltikyani, sonra Şərqi Avropa, daha sonra isə Bakı neft yataqları gələcək”- deyə Keylen yazır.

“Putin 90-cı illərdə itirdikləri uğrunda mübarizə aparmır, o 70-ci illəri qaytarmaq istəyir. Bu maksimalist qlobal bir siyasətdir. Artıq sıxışdırılmış rusların xilası barədə laqqırtılar bizə yetər. O sadəcə Moskva imperiyasını qaytarır”- deyə Keylen sərt mövqe göstərib.


ANS PRESS





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR