Redaktorun Seçimi / Elan

"Onkoloji Beynəlxalq Elmi Konfrans" keçiriləcək

"Onkoloji Beynəlxalq Elmi Konfrans" keçiriləcək


Sizi 14-15 mart tarixlərində Bakı şəhərində keçiriləcək “Onkoloji Beynəlxalq Elmi Konfrans Bakı 2015” adlı konfransa dəvət edirik.

OBEK Bakı 2015 məqsədi dünya üzrə qabaqcıl, aparıcı mütəxəsislərə: akademiklərə, alimlərə, tədqiqatçılara və həkimlərə iş əlaqələrini qurmağa və bir-biri ilə sıx bağlı olan elm, tibb və səhiyyə sahələrinin ən son nailiyyətlərinin, eləcə də həmin sahələrin tədqiqatlarının digər sahələrin irəliləməsi üçün faydalarının elmi müzakirələrini həyata keçirməyə imkan verməkdir. OBEK Bakı 2015 elm, tibb və səhiyyənin aktual mövzu və məsələlərini əhatə edəcək və qarşıda duran çətinliklər və onların potensial həlli yolları daxil olmaqla müxtəlif mövzuları əhatə edən ixtisaslaşdırılmış sessiyalar, aparıcı həkimlərin çıxışları və master- klasslar şəklində keçiriləcək.

Onkoloji Beynəlxalq Elmi Konfrans elm, səhiyyə və tibb sahəsində ən son nailiyyətləri və çətinlikləri əhatə edən əsas tədbirdir. 14-15 mart 2015 tarixlərində Bakıda keçiriləcək OBEK 2015 müasir diaqnostika məsələlərinə, süd vəzi xərçənginin müalicəsi və rekonstruktiv cərrahiyyəsinə, uşaq onkologiyasına, baş və boyun xərçəngi xəstəliklərinə, virus hepatitləri olan onkoloji xəstələrin idarə edilməsi məsələlərinə, eləcə də xəstələrin reanimasiya şəraitlərində idarə edilməsinin müasir yanaşmalarına həsr ediləcək.

Bu və bir çox digər mövzuların müzakirəsində Azərbaycan, Avropa və Amerikanın aparıcı mütəxəssisləri iştirak edəcəklər.

Konfransın iki günü ərzində biz bu patologiyaların diaqnostikası və müalicəsinin bütün təfərrüatlarını tam olaraq əhatə edə, eləcə də ən aktual və mübahisəli məsələləri mühazirəçilərlə həm sessiya və master-klasslar zamanı rəsmi şəraitdə, həm də fasilələr və boş zamanlarda qeyri-rəsmi şəraitdə müzakirə edə bilərik.

Biz əminik ki, alimlər, ekspertlər və iştirakçılar komandasının köməyi ilə Azərbaycanın tibb icmasının həyatında önəmli hadisə olacaq konfransın yüksək peşəkar və yaradıcı atmosferini yarada biləcəyik. Onkoloji xəstəliklərin diaqnostika və müalicəsindəki təcrübələrin, elmi işlərin, standartların müxtəlif ölkələrin mütəxəssisləri arasında mübadiləsi tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin artırılmasına xidmət edəcək.

KONFRANSDA İŞTİRAK ETMƏK ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK MÜTLƏQDİR.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR