Hadisə

Sumqayıt polisi silah və narkotik vasitələr aşkarlayıb

Sumqayıt polisi silah və narkotik vasitələr aşkarlayıb


Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Bayram Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçıran Göyçay rayon sakini Müşfiq Mikayılov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Xəlilov tutulublar.

İdarədən verilən məlumata görə, N.Xəlilovun üzərinə baxış zamanı “Revolver” tipli tapança, 2 patron və 10,157 qram heroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların avtomobili satması üçün Ağdaş rayon sakini Zaur Əliyevə verdikləri müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyev də saxlanılıb və ondan 2,28 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzərTAc





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR