Cəmiyyət

Sumqayıtda ixtisaslı fəhlə kadrlarının hazırlanmasına başlanılıb (FOTOLAR)

Sumqayıtda ixtisaslı fəhlə kadrlarının hazırlanmasına başlanılıb (FOTOLAR)


ARDNŞ-nin TTSİ-nin Sumqayıt Təlim, Tədris Mərkəzi fəaliyyətini uğurla davam etdirir.

Şirkətdən verilən məlumata görə, Mərkəzdə Karbamid zavodunun sifarişi əsasında 95 nəfər ixtisaslı fəhlə kadrının hazırlanmasına başlanılıb, həmçinin aparatçı peşəsi üzrə fəhlə kadrlar üçün ixtisasartırma, təmirçi-çilingər və mühəndis texniki işçilər üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırma kursları da təşkil olunub.

Şirkətdə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası qaydalarının vacib əhəmiyyət kəsb edildiyi nəzərə alınaraq dinləyicilərə bu qaydalar müxtəlif təlim metodlarından və əyani vasitələrdən istifadə edilməklə öyrədilir.

Aparatçı peşəsi üzrə ixtisasartırma kursunda dinləyicilərə neft-kimya sənayesində istifadə olunan müxtəlif aparatların konstruksiyaları, iş xüsusiyyətləri, texniki xarakteristikaları öyrədilir, bununla yanaşı əməyin mühafizəsi və təhlükəsizlik texnikası, elektrik təhlükəsizliyi, zəhərli və aşındırıcı maddələr ilə davranış qaydaları, yanğın təhlükəsizliyi və ilk tibbi yardım dərsləri də tədris olunur.

Sumqayıtda ixtisaslı fəhlə kadrlarının hazırlanmasına başlanılıb (FOTOLAR)





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR