Sumqayıtda hava

Dünya

Elnur Hüseynov "O səs Türkiyə"nin qalibi oldu (FOTO, VİDEO)

Elnur Hüseynov "O səs Türkiyə"nin qalibi oldu (FOTO, VİDEO)


"O səs Türkiyə"nin final gecəsi keçirilib.

Yarışmada iştirakına davam edən yeganə azərbaycanlı müğənni Elnur Hüseynov ilk çıxışını edib. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz birinci olaraq "O Sole Mio" opera parçasını səsləndirib.

Daha sonra E.Hüseynov ilk mərhələdə oxuduğu Sertab Erenerin "Aşk" mahnısını bir daha ifa edib.

İlk səsvermədən sonra Elnur "üçlük"də qalaraq qalib olmaq üçün yarışmağa davam edib.

Finalda isə səsvermə zamanı ən çox tamaşaçı səsi toplayan həmyerlimiz Elnur Hüseyinov "O səs Türkiyə" musiqi yarışmasının qalibi olub.

Qalibiyyətindən danışan Elnur "Çox həyəcanlıyam, sevincliyəm, bütün türk xalqına təşəkkür edirəm" deyib.


atvxeber.az





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR