Cəmiyyət

DSMF-dən pensiya yeniliyi

DSMF-dən pensiya yeniliyi


Dövlət Sosial Müdafiə Fondu yeni pensiya konsepsiyasının icrası çərçivəsində sosial sığorta və əmək pensiyaları haqqında qanunlara dəyişiklik edəcək.

ANS TV-nin məlumatına görə, bu barədə fondun sədri Elman Mehdiyev məlumat verib. Bunun üçün maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirlikləri ilə birgə işlərə başlanılıb. Dəyişiklklər pensiyaya çıxan zaman staj tələbini aradan qaldırılmasını nəzərdə tutur.

E.Mehdiyev bildirib, kimlərinsə fərdi hesablarına toplanan kapitalları minimum məbləğdən yuxarı pensiya təminatına icazə veriləcəksə həmin şəxslərdən heç bir staj tələb olunmayacaq. 10 ildən artıq sosial sığorta ödədiyi halda pensiya çıxa bilməmək kimi hallar da köklü şəkildə həll olunacaq. O həmçinin qeyd etdi ki, kimlərin sosial sığorta məbləğləri fərdi hesabda toplandıqdan sonra minimum pensiya almaq hüququna imkan vermirsə onda həmin insanlar üçün dövlət tərəfindən tənzimlənən staj tələb olunacaq.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR