Hadisə

Abşeronda dəhşətli cinayətin baş verdiyi motel bağlanacaq

Abşeronda dəhşətli cinayətin baş verdiyi motel bağlanacaq


Masazır qəsəbəsində yerləşən, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən “Romi” moteli bağlana bilər.

Abşeron Rayon Polis İdarəsindən veriləm məlumata görə, oteldə fevralın 16-da baş verən qətl hadisəsindən sonra araşdırmalara başlanılıb.

Bildirilib ki, hazırda “Romi” fəaliyyətini davam etdirsə də, araşdırmalar bitdikdən sonra, çox güman ki, onun fəaliyyətinə yasaq qoyulacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən moteldə dəhşətli qətl hadisəsi qeydə alınıb. Biləcəri qəsəbə sakini Zöhrab İsmayılov keçmiş həyat yoldaşı Vəfa Abdullayevanın başını kəsərək öldürüb.

Milli.Az





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR