Elan

Yerli və əcnəbi tələbələr üçün təcrübə proqramı

Yerli və əcnəbi tələbələr üçün təcrübə proqramı


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi xarici və yerli tələbə və magistrantlar üçün 3 ay təcrübə keçmək imkanı yaradır. Təcrübə ilə bağlı sənədlərin qəbulu 1 ay əvvəl SAM-ın saytında elan olunur.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (9:00–13:00 və ya 14:00-18:00) və ödənişsizdir. Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlərə SAM-ın sertifikatı təqdim olunur.
İldə 4 dəfə olmaqla ( yaz, yay, payız və qış sessiyaları) keçirilən bu proqram çərçivəsində aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan yuxarı (III- IV) kurs tələbələri və magistrantlar təcrübə proqramına qatılmaq üçün SAM-a müraciət edə bilərlər:
Beynəlxalq Münasibətlər
Siyasətşünaslıq
Beynəlxalq İqtisadi Münasibətlər
Sosial Elmlər və Psixologiya
Beynəlxalq Jurnalistika
Amerikanşünaslıq
Regionşünaslıq
Təcrübəçidən - xarici dillərdən ( ingilis, rus, ərəb, fransız, fars) ən azı ikisini bilmək, kompyuter biliklərinə malik olmaq (Microsoft Office proqramları, Internet) və kollektivlə səmimi ünsiyyət qurmaq tələb olunur.
Təcrübə keçmək üçün müraciət forması: Yalnız sənədlərin qəbulu elan olunduqdan sonra, təcrübə proqramına qatılmaqda maraqlı olan namizədlər Azərbaycan və ya İngilis dilində CV-ni (zəhmət olmasa 3x4 formatlı şəkil əlavə edilsin), xarici dil biliklərini əsaslandıran sənədləri (arzu olunandır) əlavə etməklə, aşağıda qeyd olunan elektron ünvana göndərməlidir: info@sam.gov.az
Təcrübə proqramının qış sessiyasına (yanvar-mart) sənədlərin qəbulu 01-15 dekabr tarixinə qədər davam edəcək.
Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR