Dünya

Gürcü valyutası da çökdü

Gürcü valyutası da çökdü


Fevralın 21-də Gürcüstanın milli pulu lari birdən-birə çöküb.

haqqın.az saytının Gürcüstan müxbirinin verdiyi məlumata görə, ölkənin Milli Bankı açıqlama verib ki, 1 ABŞ dolları 2.1771 lari olub.

Bu xəbər vətəndaşları ümidsizliyə düçar edib, amma hökumətin "milli məzənnəni heç nə hədələmir" açıqlaması əhalidə inam yaradıb.

İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili "çətin vəziyyətdir, amma bu yaxın vaxtlarda öz həllini tapa bilər", deyə açıqlama verib:
"Heç kimdə şübhə olmasın ki, ölkədə maliyyə sabitliyi bərpa ediləcək".

Nazir keçirdiyi müşavirəyə iqtisadi blokun bütün üzvlərini toplayıb, lakin müzakirələr barədə ictimaiyyətə açıqlama verilməyib.

ANS PRESS





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR