Hadisə

Sumqayıt sakini də dəm qazının qurbanı oldu

Sumqayıt sakini də dəm qazının qurbanı oldu


Respublika ərazisində son 2 gündə 6 nəfər dəm qazından zəhərlənib ki, onlardan da 4-ü ölüb.

Lent.az-ın Daxili İşlər Nazirliyininə istinadən məlumatına görə, fevralın 22-də Binəqədi rayonunda yaşayan Həbib Rüstəmov, Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Əhmədli Məmmədov, Sumqayıt şəhəri Xəzər bağlar sahəsində yaşayan Rəfiqə Əliyeva, fevralın 21-də isə Xətai rayon sakini Dürdanə Babazadə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa fevralın 22-də Gəncə şəhər sakinləri Mənsubə Alışanova və qızı Aytən, Tərtər rayonun sakini Nurlan Rəhimov, Gəncə şəhərində yaşayan Rəqsanə Məhərrəmova və qızı Səkinə mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər. Onların həyatını xilas etmək mümkün olub.

Faktlarla bağlı araşdırma aparılır.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR