Cəmiyyət

"Sumqayıt" bu dəfə "Neftçi" ilə oynayacaq (FOTOLAR)

"Sumqayıt" bu dəfə "Neftçi" ilə oynayacaq (FOTOLAR)


Topaz Premyer Liqasının son turunda səfərdə "Simurq"la heç-heçə edən (1:1) "Sumqayıt" Futbol Klubu iki günlük istirahəti başa vuraraq "Kapital Bank Arena"da "Neftçi" ilə oyunun hazırlığına start verib.

"YeniSumqayit.az"ın klubun saytına istinadla verdiyi məlumata əsasən, futbolçulardan Andrey Popoviç, Məhəmməd Qurbanov, Orxan Əliyev A millinin, Şahrudin Məhəmmədəliyev və Cəmil Hacıyev U-21-in, Budaq Nəsirov və Fərid Kərimzadə isə U-19-un düşərgəsində yer aldığından komanda hazırlıqlara tam heyətlə qatıla bilməyib.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti oyununu fevralın 28-də "Kapital Bank Arena"da "Neftçi"yə qarşı keçirəcək.

Bu arada, 2014-cü ilin noyabr ayında "Sumqayıt"la müqavilə imzalayan, lakin zədəli olduğu üçün Almaniyada əməliyyat olunan 26 yaşlı futbolçu Uğur Pamuk tam sağalaraq komanda ilə birlikdə məşqlərə başlayıb. Uğur oyunlara 76 nömrəli forma ilə çıxacaq.

"Sumqayıt" bu dəfə "Neftçi" ilə oynayacaq (FOTOLAR)

"Sumqayıt" bu dəfə "Neftçi" ilə oynayacaq (FOTOLAR)

"Sumqayıt" bu dəfə "Neftçi" ilə oynayacaq (FOTOLAR)

"Sumqayıt" bu dəfə "Neftçi" ilə oynayacaq (FOTOLAR)

"Sumqayıt" bu dəfə "Neftçi" ilə oynayacaq (FOTOLAR)





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR