Cəmiyyət

Azərbaycan yığması məğlub oldu

Azərbaycan yığması məğlub oldu


Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan futbol üzrə Azərbaycan yığması “Mardan” stadionunda yoxlama matçında qüvvəsini sınayıb.

Komandamız 2015-ci ildə ilk oyununda Ukrayna təmsilçisi, 2009-cu ildə UEFA kubokunu qazanmış “Şaxtyor”la qarşılaşıb.

Qeyri-rəsmi xarakter daşıyan və xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olan görüşdə komandamız uduzub.

Oyuna fəal başlayan Donetski klubu 37-ci dəqiqədə Duqlas Kosta ilə hesabı açıb. Lakin yığmamız fasiləyə qədər hesabda bərabərlik yaratmağı bacarıb. 43-cü dəqiqədə Namiq Ələsgərov fərqlənib. Fasiləyə heç-heçə ilə yollanan yığmamız ikinci yarıda qapısından növbəti qolu buraxıb. Bu dəfə 67-ci dəqiqədə braziliyalı futbolçu İsmaili komandamızı mərkəzdən başlamağa məcbur edib - 1:2.

Beləliklə, matçda bundan başqa qol olmayıb və millimiz 2015-ci ildə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, bu qarşılaşma millimizin AVRO-2016-nın martın 28-də Maltaya qarşı Bakıda keçiriləcək seçmə oyununa hazırlıq xarakteri daşıyır.

Lent.az





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR