İqtisadiyyat

Azərbaycan neftə əvəz tapdı (VİDEO)

Azərbaycan neftə əvəz tapdı (VİDEO)


Azərbaycanda şist yataqlarının öyrənilməsinə başlanıb.

ANS TV-nin məlumatına görə, şist yataqlarının işlənməsi ilə bağlı tədqiqatlar xarici şirkətlərlə birgə aparılır. Azərbaycan bu sahədə Kanadanın təcrübəsi ilə daha çox maraqlanır.

Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, yerli mütəxəssislər bir neçə dəfə Kanadaya səfər edərək ordakı texnologiya ilə tanış olublar. Azərbaycanın şist ehtiyatları Kanada ilə müqayisədə çox cüzidir, ancaq onların varlığı sübut olunub. Buna baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu yataqların işlənməsini məqsədəuyğun saymır. Bununla bağlı qurum narazılığını da ifadə edib.

X.Yusifzadə şist yataqlarının ekologiya üçün təhlükəli olduğunu deyir. O yeni texnologiyaların tətbiqinin mümükünlüyünü vurğulayıb.

Azərbaycanda şist yataqları əsasən Qobustan, Şamaxı-İsmayıllı və Abşeron bölgələrində mövcuddur. Bu yataqların istismarı baha başa gəldiyindən indiyədək onlara maraq göstərilməyib.

Xatırladaq ki, şist - neft və ya qaz hopmuş süxurlardır. Belə yataqlardan neft-qaz almaq üçün həmin süxurlar yüksək hərarətə qədər qızdırılır, daha sonra böyük həcmdə su vurularaq soyudulur. Buxarlanmış neft mayeyə çevrilir, qaz isə şistdən ayrılır. Bütün dünyada bu üsul ekoloji problemlərə görə tənqid olunur.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR