Sumqayıtda hava

Dünya

Rusiyada hamı azərbaycanlı Mustafadan danışır (VİDEO)

Rusiyada hamı azərbaycanlı Mustafadan danışır (VİDEO)


Rusiyada, Moskva ətrafında Miq-29 təyyarəsi qəzaya uğrayıb. Təyyarə qəzaya uğrayandan sonra pilota ilk yardımı azərbaycanlı olduğu bildirilən Mustafa adlı şəxs edib. Pilotların qəza anında təyyarədən necə tullandığını görən Mustafa hadisə yerinə qaçıb.
Huşsuz vəziyyətdə olan yaralı pilota Mustafa ilk yardımı ürəyini masaj edərək göstərib.
“Mən onun evin damına necə düşdüyünü görüb tez ora qaçdım. Onun boynunda qayış, sifətində maska var idi. Düşünürdüm ki, o ölüb. Onun ürəyini üç dəfə masaj etdim, amma o yenə ayılmadı. Bir də təkrar etdim və o nəfəs almağa başladı", - deyə Mustafa bildirdi.
Mustafanın sözlərinə görə, təyyarədən tullanmış pilot başından ağır travmalar alıb. Daha sonra təcili yardım maşını yaralıları xəstəxanaya aparıb.
(ANSPRESS)





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR