Hadisə

Abşeronda gecə dəhşəti: ölən və yaralananlar var

Abşeronda gecə dəhşəti: ölən və yaralananlar var


Abşeron rayonunda ağır yol qəzası baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə fevralın 27-də saat 01.00 radələrində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcına vurub.

Qəza nəticəsində maşında olan sərnişinlərdən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində dünyasını dəyişib. Sürücü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR