Dünya

Prezident göz yaşlarını saxlaya bilmədi (FOTO)

Prezident göz yaşlarını saxlaya bilmədi (FOTO)


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı mərasimlərdən birində göz yaşlarını saxlaya bilməyib.

"28 fevrallar min il davam etməz" adlı mərasimdə 28 fevralda Türkiyədə son hərbi dövlət çevrilişlə bağlı video nümayiş edilib.

Qısa filmi ziləyən Ərdoğan göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 1997-ci il fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının qərarları o dövrdə Nəcmədin Ərbakan və Tansu Çillerin koalisiyası ilə qurulmuş “Refah-Yol” hökumətinə bildirildi. Qərarda dünyəvi (laik) sistem üçün qərarların icrası tələb olunaraq, “təriqət məktəbləri nəzarətə götürülməli, Təhsil nazirliyinin nəzarətinə verilməli, 8 illik təhsil sisteminə keçilməli, Quran kursları nəzarətə götürülməli, vahid təhsil sistemi icra edilməli, təriqətlər bağlanmalı, irtica səbəbilə ordudan qovulan hərbçiləri müdafiə edən və ordunu din düşməni kimi göstərən mətbuat nəzarətə götürülməli, geyim qanununa riayət edilməli, kəsilmiş qurbanların dəriləri dərnəklərə verilməməli, Atatürkün əleyihndə olan bütün işlər cəzalandırılmalıdır!” – deyilirdi.

Milli.Az





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR