Cəmiyyət

Sumqayıtda “Qanımızın səsi” kitabının təqdimatı olub

Sumqayıtda “Qanımızın səsi” kitabının təqdimatı olub


Sumqayıt Dövlət Universiteti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin “Qanımızın səsi” kitabının təqdimatı olub. Kitabın təqdimatı Qızıl Aypara Cəmiyyətinin 95 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərdən biridir.

Tədbirdə Qızıl Aypara Cəmiyyətinin tarixindən, fəaliyyətindən, xeyirxah missiyasından danışılıb.

Fondun prezidenti, M.Ə.Sabirin nəvəsi Sevda Tahirli müəllifi olduğu “Qanımızın səsi” kitabı haqqında məlumat verərək bildirib ki, kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsin marağına səbəb ola biləcək bir məsələyə - 4 fərqli qan qrupunun insanın həyatındakı roluna, onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına, eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olma imkanlarına necə təsir etməsi kimi aktual bir məsələyə həsr olunub.

AZƏRTAC





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR