Cəmiyyət

Sumqayıtda əcnəbi tələbələrlə görüş keçirilib

Sumqayıtda əcnəbi tələbələrlə görüş keçirilib


Sumqayıt Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrlə Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının növbəti görüşü keçirilib.

Xidmətin baş idarə rəisi, miqrasiya xidmətinin müşaviri İsmayıl Abdullayev görüşdə miqrasiya sahəsində mövcud qanunvericiliyin əsas tələbləri, tələbələrin təhsil alması ilə bağlı qaydalar haqqında məlumat verib.

İ.Abdullayev qeyd edib ki, miqrantlar yaşadıqları ölkələrin qanunlarını, adət-ənənələrini, milli mentalitetini öyrənməli və buna əməl etməlidirlər. Azərbaycanda 10 gündən artıq yaşamaq istəyən əcnəbi ölkəyə gəldiyi gündən olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Görüşdə vurğulanıb ki, tələbələrə dövlət rüsumunda da xeyli güzəşt edilir. Əmək Məcəlləsində nəzərdə tutulan və digər qanunlara görə, vətəndaşlığı olmayan şəxslər təhsil müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməz.

İ.Abdullayev deyib:
“Xarici ölkə vətəndaşı respublikamıza hansı məqsədlə gəlibsə, o məqsədlə də yaşamalıdır. Bəzən əcnəbi tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün işlədiklərini deyirlər, amma bu, qanunlarımıza uyğun deyil. Daha doğrusu, qanunlarımız buna yol vermir. Buna baxmayaraq, belə hallar aşkarlanarsa, əcnəbi tələbəni işə götürən hüquqi şəxs 30000-35000, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər isə 3000-5000 manat məbləğində cərimə oluna bilər. Yaşayış yeri, qeydiyyatla bağlı qanunun tələblərini pozan əcnəbilərin özləri isə 300-400 manat məbləğində cərimə ödəməlidirlər. Əgər son 3 il ərzində qanun pozuntuları 2 dəfə təkrarlanarsa, həmin şəxslər ölkədən məcburi çıxarılır, onların ölkəyə girişinə məhdudiyyət qoyulur. Hər bir əcnəbi vətəndaş ölkəmizdə yaşamaq imkanını leqallaşdırmalıdır”.

Görüşün sonunda idarə rəisi əcnəbi tələbələri maraqlandıran sualları cavablandırıb.

AZƏRTAC





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR