Hadisə

50 yaşlı qadın sürücü qəza törətdi, ağır yaralandı

50 yaşlı qadın sürücü qəza törətdi, ağır yaralandı


Sumqayıt şəhər sakini 50 yaşlı Fatimə Tağıyeva Daşkəsən rayonunun Zağalı kəndi ərazisində idarə etdiyi "Hyundai" markalı avtomobilin idarəetməsini itirərək aşırıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan Fatimə Tağıyeva əvvəlcə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə gətirilib.

Yaralıya dərhal lazımı tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR