Dünya

Türk ordusu Suriyanı vurdu

Türk ordusu Suriyanı vurdu


Türkiyə Ordusunun tankları Suriya torpaqlarını atəşə tutub.

Bu barədə Türkiyə Baş Qərargahı açıqlama yayıb.

Bildirilir ki, Suriyanın Cerablus bölgəsində PKK və İŞİD arasında gedən döyüşlər zamanı Qaziantep Quru Qüvvələri 1-ci Hudut Komandanlığının nəzarəti altında olan ərazinin yaxınlığına raket mərmisi düşüb.

Türkiyə Silahlı Qüvvələri dərhal hərəkətə keçib və sərhəddə yerləşdirilmiş tanklarla mərminin atıldığı ərazi atəşə tutulub.

Türkiyə ərazisinə mərmi düşərkən xəsarət alan və ölən olmayıb.

Qeyd edək ki, Suriya ərazisində PKK və İŞİD arasında gedən döyüşlər zamanı Türkiyə ərazisinə tez-tez top mərmiləri düşür. Türkiyə Ordusu isə bunun qarşılığını misli ilə verir.

ANS PRESS





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR