Sumqayıtda hava

Cəmiyyət

Evlənməyə hazırlaşanların nəzərinə: 3 aydan sonra ...

Evlənməyə hazırlaşanların nəzərinə: 3 aydan sonra ...


İyunun 1-dən tibbi arayışı olmayanlar nikaha daxil ola bilməyəcəklər. Bu tarixdən etibarən ailə qurmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi məcburi olacaq.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, 3 aydan sonra tibbi arayış təqdim etməyən cütlüklər nikaha daxil ola bilməyəcəklər.

H.Rəcəblinin sözlərinə görə, yeni evlənənlərin tibbi müayinədən keçməsi pulsuz həyata keçiriləcək. Həkimlər qəbul edilmiş bu qərarın vaxtında verildiyini və bunun sayəsində gənclərdə nikahdan qabaq yaranmış olan bir çox infeksion xəstəliklərin qarşısının alınmasında böyük rol oynayacağını deyir.

Həkim Gülnarə Sultanqızının sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, evlənmək istəyənlər tibbi müayinədən keçdiklərini təsdiqləyən arayışı müvafiq quruma təqdim etdikdən 1 ay sonra nikah bağlaya bilərlər.

Qeyd edək ki, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

Milli.Az





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR